Tədbirlər

Macara otelimizdə professional heyəti sizə bütün növ tədbirlərinizin keyfiyyətli icrasını vəd edir. Bizimlə keçirəcəyiniz tədbir yaddaşınız ən gözəl və uğurlu günlərinizdən biri olaraq qalacaqdır.

1. Korporativ tədbirlər / Konfrans / Seminarlar

80 nəfərədək tutumlu İclas Otağımız bütün zəruri texniki avadanlıqlarla (səhnə, mikrofon, podium, proyektor, ekran, təqdimat pultu, səs idarəetmə pultu, tərcümə avadanlığı) təchiz edilmişdir.

2. Toy, nişan və ad günü tədbirləri

1000 kvadrat metrdən artıq sahəyə malik böyük Sinab Restoranı, 300 nəfər qonaq tutumu ilə sizin özəl günlərini qarşılamağa hazırdır. Peşəkar aşpaz heyətinin əsasən yerli kənd təsərrüfatı nemətlərindən hazırladığı çox ləzzətli təamlar, milli mətbəx nümunələri və peşəkar restoran heyətimiz sizin tədbirinizi qüsursuz edəcəkdir. Restoranın baş hissəsində hazır qurulmuş səhnə bütün lazımi səs və işıq avadanlıqları ilə təchiz edilmişdir.

3. Otelə korporativ qrup səfərləri

Macara Village Resort və Lake Park otel kompleksində ümumilikdə 141 otaq fondu mövcuddur – otaq fondunun və həmçinin, “king” və “twin bed” çarpayı fondunun böyük olması bizə böyük korporativ qrupların və turist qruplarının eyni anda yerləşdirilməsini mümkün edir. Böyük Sinab və Provans restoranları və həmçinin fəaliyyətdə olan açıq və qapalı digər restoran guşələrinin mövcudluğu qrup yemək ziyafətlərinin fərqli məkanlarda təşkilinə imkan verir. Həmçinin otelin konfrans mərkəzində qruplar öz ənənəvi yığıncaq tədbirlərini həyata keçirə bilərlər. Otelin geniş əyləncə imkanları isə bu səfərləri unudulmaz və ələncə dolu edəcəkdir.

Picture 16

BİZİMLƏ ƏLAQƏ

Əgər sual və ya bir çətinliyiniz varsa, bizimlə əlaqə saxlaya bilərsiniz.